"Qarabağ"ın rəqibində ayrılıq

"Qarabağ"ın rəqibində ayrılıq
  06 Avqust 2022    Oxunub:1412
"Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi "Ferentsvaroş" (Macarıstan) futbolçusu Aleksandr Zubkovla yollarını ayırıb.
AzVision.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi karyerasını Donetsk "Şaxtyor"unda davam etdirəcək. Onunla 5 illik müqavilə imzalanıb.

Ukrayna millisinin də üzvü olan Aleksandr 2020-ci ildən "Ferenstvaroş"da oynayıdı.

Qeyd edək ki, "Qarabağ" mərhələnin ilk oyununda Bakıda "Ferentsvaroş"la heç-heçə edib - 1:1. Bu komandalar arasında avqustun 9-da "Qroupama Arena"da oynanılacaq cavab görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
AzVision.az



Teqlər:





Xəbər lenti