Okeanın dibində sirli deşiklər tapılıb – FOTO

   Okeanın dibində sirli deşiklər tapılıb –    FOTO
  05 Avqust 2022    Oxunub:3156
ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) alimləri Atlantik okeanının dibində əl işinə bənzər dəliklər aşkar ediblər. AzVision.az "phys.org"-a istinadla xəbər verir ki, alimlər 4 km dərinlikdə son dərəcə səliqəli dəliklərin təsadüfi olduğuna inanmasalar da, yaranma səbəbini tapa bilmirlər.
Atlantik Okeanının dibini öyrənən amerikalı tədqiqatçılar diqqəti insanların qazdığı kimi görünən nizamlı çuxurlar xəttinə yönəldirlər. Amma okeanın dibində kimin və niyə belə çökəkliklər qaza biləcəyini elm adamları bilmirlər.

NOAA nümayəndələri sosial media istifadəçilərini onların fərziyyələrini bölüşməyə dəvət etsələr də, sonda sualların sayı daha da artıb və ağlabatan cavablar olmayıb. İstifadəçilərin əksəriyyəti nizamlı xətt əmələ gətirən dəlikləri kern (mədəndən çıxarılan lüləşəkilli süxur nümunəsi – red.) çıxaran birinin qazıdığını güman edir.

Mütəxəssislər aşkar edilmiş boşluqların təbiətinin nə olduğunu dəqiq bilmirlər. Dəliklərin Yerin dərinliklərindən qalxan maqmanın okeanın dibində əmələ gətirdiyi hidrotermal mənbələrlə əlaqəli olması versiyası var. Ancaq bu sadəcə fərziyyədir.

Samir Quliyev
AzVision.az



Teqlər: Okean   Sirr  





Xəbər lenti