Yunan-Roma güləşi üzrə millimiz dünya ikincisi oldu

Yunan-Roma güləşi üzrə millimiz dünya ikincisi oldu
  27 İyul 2022    Oxunub:2024
İtaliyanın paytaxtı Romada keçirilən U-17 dünya çempionatında yunan-Roma güləşi üzrə mübarizəyə yekun vurulub.
Azərbaycan millisi mundialda uğurlu çıxışla yadda qalıb. Yarışda iştirak edən 10 idmançıdan 7-si fəxri kürsüyə qalxıb. Bu da son 10 ildə bu yaş qrupunda yunan-Roma güləşində ən yaxşı göstəricidir. Romada Fəraim Mustafayev (55 kq), Davud Məmmədov (71 kq) və İsmayıl Rzayev (80 kq) gümüş, Hüseyn Savadov (45 kq), Səid Xəlilov (48 kq), Vədat Qasımlı (51 kq) və Məzaim Mərdanov (110 kq) isə bürünc medal qazanıb.

Beləliklə, yığma 130 xal toplayaraq komanda hesabında dünya ikincisi olub. İran 135 xalla birinci, Gürcüstan isə 121 xalla üçüncü yeri tutub. Qeyd edək ki, xalların sayına bu nəticə U-17 dünya çempionatları tarixində Azərbaycanın yunan-Roma güləşində yeni rekorddur.

AzVision.az



Teqlər:





Xəbər lenti