Prezidentdən yeni yola 2 milyon manat

Prezidentdən yeni yola  2 milyon manat
  05 Aprel 2013    Oxunub:1303
Azərbaycan prezidenti Hökməli-Qobu-Lökbatan-Güzdək-Puta avtomobil yolunun tikintisinə 2 milyon manat ayırıb.
Azərbaycan prezidenti İlham Əliyev Abşeron rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Yetmiş min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Hökməli-Qobu-Lökbatan-Güzdək-Puta avtomobil yolunun tikintisi məqsədilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Abşeron Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılıb.


Teqlər:  





Xəbər lenti