Bakıda avtobuslar gecikir

 Bakıda avtobuslar gecikir
  02 İyul 2022    Oxunub:1396
Hazırda paytaxtın bəzi küçə və prospektlərin nəqliyyat vasitələrinin hərəkətində müşahidə sıxlıq səbəbindən bir sıra müntəzəm marşrut xətləri üzrə hərəkət intervalında gecikmələr var.
AzVision.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Vahid Dispetçer Mərkəzinin məlumatına əsasən, gecikmə ümumilikdə 19 müntəzəm marşrut xətti üzrə 21 avtobusda müşahidə olunur.

Qara-Qarayev prospekti Xalqlar dostluğu metrostansiyasından Neftçilər metrostansiyasına qədər 64, 15, 7A, 44, 60, 22, 11, 49, 40, 51, 81, 30 və 62 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-18 dəqiqə gecikmə müşahidə olunur.

Azadlıq prospekti-Zərifə Əliyeva küçəsi Neftçilər prospekti ilə kəsişməyə qədər Azneft dairəsi istiqamətində 10, 5, 88, 125, 127 və 18 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda isə 13-19 dəqiqə gecikmə var.

AzVision.az



Teqlər: Bakı   Nəqliyyat  





Xəbər lenti