Dünya İqtisadi Forumuna nə ilə gedirik

Dünya İqtisadi Forumuna nə ilə gedirik
  05 Aprel 2013    Oxunub:1471
Aprelin 7-si və 8-də Bakıda keçiriləcək olan Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcək perespektivilə bağlı dinləmələr bir daha sübut edir ki, Azərbaycan regionun lider dövlətinə çevrilməkdədir.

Statistikaya görə Azərbaycanın iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 80 faizini təşkil edir. Azərbaycanın siyasi və iqtisadi inkişafı onu Şərq və Qərb arasında körpüyə çevirib ki, Bakıda keçiriləcək olan bu tədbir bir daha bunu sübuta yetirir.

Ölkəmizdə keçiriləcək olan bu forumda dünyanın müxəlif ölkələrindən jurnalistlər, siyasətçilər və iri korporasiya rəhbərləri iştirak edəcək. Ölkəmizə gələcək olan qonaqlar Azərbaycanda olan mövcud durumla tanış olduqdan sonra ölkəmizin necə sürətlə inkişaf etdiyinin bir daha şahidi ola biləcəklər.

Forumda enerji və təbii resurslar bərədə dinləmələr olacaq həmçinin. Bizim üçün ən önəmli dinləmə isə “Azərbaycanın gələcəyinə baxış” paneli olacaq.
Bu panel zamanı Azərbaycanın iqtisadiyyatının gələcək inkişaf yolları, həmçinin Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu müzakirə olunacaq.
Gündəmdəki məsələlərdən biri də Azərbaycan iqtisadiyyatında inovativ texnalogiyalar və bu sahəyə sərmay qoyulması yolları olacaq.
Biz əminik ki, bu tədbirdə iştirak edən qonaqlar Azərbaycanın region üçün necə önəmli rol oynadığını dərk edəcəklər.

Nəzərinizə çatdıraq ki, Azərbaycanda insanların orta illik gəliri 10 min ABŞ dolları təşkil edir və bu göstəriciyə görə Azərbaycan dünyanın 100 ölkəsini arxada qoyur. Həmçinin Azərbaycanda strateji resurslarını 70 faizə qədər artırıb. Ölkəmiz bu sahədə dünyanın 15 qabaqcıl ölkəsi sırasına daxil olmuşdu. Ölkədə yoxsulluğun səviyyəsi 6 , işsizliyin səviyyəsi isə 5.2 faizə enmişdi. Bu il ölkədə 100 min yeni iş yeri açılmışdı. Son 9 ildə isə Azərbaycanda 1 milyon 100 min yeni iş yeri açılıb.

Bundan əlavə Azərbaycan iqtisadiyyatının dünyada baş verən iqtisadi krizislərə qarşı güclü imuniteti var. Bu fikri Mərkəzi Asiyanın Valyuta Fondunun direktor müavini Nadim Əlaxiyə məxsusdur. Onun bildirdiyinə görə Azərbaycan iqtisadiyyatı bu temptdə davam edəcəyi təqdirdə 2020 ci ildə Azərbaycanın inkşaf etmiş ölkələr sırasına daxil olacaqı qaçılmazdır həmçinin 2025-də Azərbaycn əhalisinin adambaşına düşən illik gəlirlərinin ildə 24 min ABŞ dolları olacağı da proqnozlar sırasındadır.

Bütün bu hallar Azərbaycanı Cənubi Qafqazın lider ölkəsinə çevirib. Xatırladaq ki, Azərbaycan bu uğurlara müharibə şəraitində nail olub. Ölkəmizdə 1 milyondan çox qaçqının olması, ərazilərimizin 20 faizinin işğal altında olması, Azərbaycanın inkişaf tempinə mane ola bilməyib.
Azərbaycanın ərazilərini işğal etmiş Ermənistan Cənubi Qafqazın inkişaf tempinə görə sonuncu ölkəsi hesab olunur. Ölkənin iqtisadiyyatı ilə yanaşı, həmçinin siyasətində də mühiti anormaldır.

Ölkəyə xaricdən kapital qoyluşu da azalan xətt üzrə getməkdədir.
2011-ci ildə xarici investorlar Ermənistana 906.3 milyon dollar sərmaye qoyduğu halda, 2012 də bu rəqəm 656.7 milyon dollar olmuşdu. Rəqəmlərdən göründüyü kimi Ermənistan iqtisadiyyatında 27.5 faiz geriiləmə müşahidə olunmaqdadır. Rəsmi məlumatlara görə son 22 ildə Ermənistanı 1 milyondan çox insan tərk edib. Onların ölkədən getməsinin əsas səbəbi ölkədə olan ağır iqtisadi və siyasi durumdur. Ermənistan regionda həyata keçirilən iqtisadi layihələrdən kənarda qalmaqla yanaşı, həmçinin 2009-cu ildən bu yana Davos İqtisadi Formunda da iştirak etmir. Ermənistan rəhbərliyi bu foruma alternativ olaraq "Kamdruj" (körpü) İqtisadi formu keçirməyə cəhd etsə də, bu, onlarda alınmadı və hazırda da ermənilr nə öz ölkələrində, nə də hansısa başqa bir ölkədə iqtisadi forumda iştrak etmək iqtidarında deyillər.

Əkbər Həsənov / 1news.az
Tərcümə: Azvision.az


Teqlər:  





Xəbər lenti