Putin Təhlükəsizlik Şurası ilə operativ iclas keçirəcək
01 İyul 2022
Oxunub:1421
Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə operativ iclas keçirəcək.
AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. “Gün ərzində Putinin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ görüşü planlaşdırılıb, biz ənənəvi olaraq məlumat verəcəyik”, - Kreml sözçüsü bildirib.