16 nəfərin qəbul imtahanlarındakı nəticəsi ləğv olunub

   16 nəfərin qəbul imtahanlarındakı nəticəsi ləğv olunub
  07 İyun 2022    Oxunub:1022
Mayın 21 və 22-də II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında iştirak etmək üçün ərizə təsdiq etmiş 42261 abituriyentdən (II qrup üzrə 20740 nəfər, III qrup üzrə 21521 nəfər) 3674 nəfəri (II qrup üzrə 2338 nəfər, III qrup üzrə 1336 nəfər) imtahanda iştirak etməyib.
Bu barədə AzVision.az -a Dövlət İmtahan Mərkəzindən xəbər verilib. Bildirilib ki, imtahanda iştirak edən abituriyentlərdən 16 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

AzVision.az



Teqlər: DİM  





Xəbər lenti