İmtahan nəticələri iki həftəyə açıqlanacaq

   İmtahan nəticələri iki həftəyə açıqlanacaq
  04 İyun 2022    Oxunub:1596
İyunun 4-də Dövlət İmtahan Mərkəzi (DİM) 11 şəhər və rayonda I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib.
İmtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları yaxın saatlarda Mərkəzin “Teleqram” kanalına, digər sosial şəbəkə hesablarına və saytına yerləşdiriləcək.

İyunun 5-i saat 16:00-da DİM-in yutub kanalı və feysbuk səhifəsi vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən həm I, həm də IV ixtisas qrupu üzrə imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.

Abituriyentlər suallarını feysbukda yerləşdirilən müvafiq postun altına yaza və ya [email protected] elektron poçtuna göndərə bilərlər. İyunun 5-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

AzVision.az



Teqlər: İmtahan  





Xəbər lenti