Bu il 400 gənc xaricdə təhsil alacaq

   Bu il 400 gənc xaricdə təhsil alacaq
  03 İyun 2022    Oxunub:1309
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində bu il 400 gəncə xaricdə təhsil almaq imkanı yaradılacaq.
AzVision.az xəbər verir ki, bunu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” ilə bağlı təşkil olunan brifinqdə Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova deyib. O bildirib ki, gəclər xaricdə 15 prioritet ixtisas üzrə təhsil ala biləcəklər.

Qeyd edək ki, Baş nazir Əli Əsədov “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi Qayda”nın və “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları üzrə Qayda”nın təsdiqlənməsi ilə bağlı qərar imzalayıb.

AzVision.az



Teqlər: Təhsil  





Xəbər lenti