Tələbələrin nəzərinə! - Kredit müraciəti son gün

      Tələbələrin nəzərinə!    - Kredit müraciəti son gün
  31 May 2022    Oxunub:1869
31 may saat 00:00-da yaz semestri üçün təhsil tələbə krediti əldə etmək istəyən tələbələrin müraciətlərinin qəbulu başa çatacaq.
Təhsil Nazirliyindən AzVision.az -a verilən xəbərə görə, yaz semestri üçün təhsil krediti almaq istəyən tələbələr notarial qaydada təsdiqlənmiş ərizə ilə elektron informasiya sisteminə www.e-ttkf.edu.az müraciət edə bilərlər.

Qeyd edək ki, notarial qaydada təsdiqlənmiş ərizə daha sonrakı müraciətlər üçün də keçərlidir.

AzVision.az



Teqlər: Tələbə  





Xəbər lenti