Şuşa Real Məktəbi bərpa ediləcək - SƏRƏNCAM

   Şuşa Real Məktəbi bərpa ediləcək -    SƏRƏNCAM
  20 May 2022    Oxunub:1589
Prezident İlham Əliyev Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncamla Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası məqsədilə Azərbaycanın 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.

AzVision.az



Teqlər: Şuşa  





Xəbər lenti