Magistraturaya sənəd qəbulu başa çatdı

Magistraturaya sənəd qəbulu başa çatdı
  18 May 2022    Oxunub:1085
Dövlət İmtahan Mərkəzi (DİM) 2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat başa çatıb.
Bu barədə AzVision.az -a DİM-dən məlumat verilib. Bildirilib ki, Azərbaycan bölməsi üzrə 19372, rus bölməsi üzrə 1731 nəfər olmaqlar cəmi - 21103 nəfər ərizəsini təsdiq edib. 2-ci cəhd imtahanına qeydiyyatdan keçənlərin sayı isə Azərbaycan bölməsi üzrə 13760, rus bölməsi üzrə 1079 nəfər olmaqla cəmi - 14839 nəfər olub.

AzVision.az


Teqlər: DİM  





Xəbər lenti