Azarkeşlər ağır qəzaya düşdü - VİDEO

Rəsmi məlumatlara görə, Odessa-Donetsk çarter reysini həyata keçirən təyyarənin göyərtəsində 8 heyət üzvü, eləcə də, UEFA Çempionlar Liqası çərsivəsində keçirilən “Şaxtyor” - “Borrusiya” qarşılaşmasını izləməyə gedən 36 azarkeş olub. Təyyarədə daha çox adamın olduğu da istisna edilmir. Son məlumatlara görə, qəza nəticəsində 5 nəfər ölüb, 12 nəfər xəsarət alıb. Xəsarət alanlardan 2-sinin vəziyyəti ağırdır. Ölənlərin artacağı istisna edilmir.