13650 tənha qoca...

13650 tənha qoca...
  04 Aprel 2013    Oxunub:1307
“Hazırda evlərində xidmət göstərilən belə vətəndaşların sayı 13650 nəfərdən çoxdur. Onların 11 minə yaxını qadınlardır”
“Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununa və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası tərəfindən təsdiq olunmuş müvafiq Təlimata əsasən, tənha ahıl vətəndaşlara və əlillərə rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərinin sosial-məişət işçiləri tərəfindən evlərində sosial-məişət xidməti göstərilir.

Nazirlikdən AzVision.az-a verilən məlumata görə, hazırda evlərində xidmət göstərilən belə vətəndaşların sayı 13650 nəfərdən çoxdur. Onların 11 minə yaxını qadınlardır. Xidmətlə təmin olunanların 11 600-dən çoxu 70 yaşdan yuxarı olanlardır. Şəhər və şəhər tipli qəsəbələrdə, rayon mərkəzlərində 1 nəfər sosial işçi 12 nəfərə, kənd yerlərində isə 8 nəfərə xidmət göstərir. Sosial işçi həftədə ən azı 2 dəfə tək ahıl vətəndaşların və əlillərin evlərində olaraq onlara ev təsərrüfatında təmizlik, abadlıq işlərində, zəruri ərzaq, sənaye və məişət əşyalarının alınması və s. işlərdə xidmət göstərir.

Onu da qeyd edək ki, evlərində tək yaşayan və yaşadıqları rayonda (şəhərdə) qanunla onları saxlamağa borclu övladları, yaxud valideynləri olmayan 70 yaşına çatmış tək ahıl vətəndaşlar, həmçinin I qrup əlillər, başqasının köməyinə ehtiyacı olan II qrup əlillər Həkim Məsləhət Komissiyasının və ya Tibbi Sosial Ekspert Komissiyasının rəyinə əsasən (yoluxucu və ya ağır formalı ruhi xəstəliyi olan tək ahıl vətəndaşlar və əlillər istisna olmaqla) xidmətə götürülürlər.


Teqlər:  





Xəbər lenti