Depardyenin evi yandı- VİDEO

Depardyenin evi yandı-  VİDEO
  04 Aprel 2013    Oxunub:1588
Qroznıda yanan göydələndə Jerar Depardyenin də mənzili var imiş.
Çeçenistanın paytaxtında 45 mərtəbəli yaşayış kompleksi yanıb. Yanğını söndürmək mümkün olmayıb. Məhz bu binada fransız aktyoru Jerar Depardyeyə Çeçenistan prezidenti Ramazan Kadırov tərəfindən mənzil hədiyyə edilib.

Rəsmi məlumata görə yanğına təhlükəsizlik qaydalarına əməl edilməməsi olub. Bununla yanaşı hadisə yerinə gələn yanğınsöndürənlərin lazımi texnikası olmayıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, hadisə ilə bağlı mətbuatda müxtəlif versiyalar səsləndirilib. Bəzi məlumatlara görə Depardyenin evinin təmirə ehtiyacı olmayacaq, çünki hadisə zamanı onun 5 otaqlı mənzilinə ziyan dəyməyib. Digər mənbələr isə aktyorun mənzilinin ümumiyyətlə bu binada olmadığını bildirirlər.

Binanın inşasında iştirak edən türk fəhlələr tərəfindən yandırıldığı da güman edilir- “Ola bilər ki, çeçenlər onların əmək haqqını vermədiklərinə görə, türklər intiqam alıblar...”

Digər bir versiyaya görə isə “Depardye yataqda siqaret çəkərkən yuxuya gedib və yanğına közərən siqaret səbəb olub...”
Depardyenin düşmənlərinin də bu işdə əli ola biləcəyi istisna edilmir.

AzVision.az




Teqlər:  





Xəbər lenti