“İvanişviliyə qarşı sui qəsd hazırlanır”

“İvanişviliyə qarşı sui qəsd hazırlanır”
  14 Fevral 2013    Oxunub:2329
Gürcüstanın sabiq MTN rəhbəri baş nazirin həyatının təhlükədə olduğunu bildirib
Gürcüstanın keçmiş milli təhlükəsizlik naziri, ölkədə böyük sui-qəsdə hazırlıqların getməsi barədə bəyanat yayıb. İrakli Batiaşvili, prezident Mixayil Saakaşvilinin xaricdə yaşayan yaxın silahdaşlarının baş nazir Bidzina İvanişvilini aradan götürməyi planlaşdırdıqlarını açıqlayıb. İddialar barədə bəyanat İvanişvilinin xanımına məxsus “9-cu kanal”da yayılıb. “Söhbət bu planın bu gün və ya sabah reallaşacağından getmir, bu oktyabr prezident seçkilərinə qədər baş verməlidir”. - deyə Batiaşvili çıxışında bildirib.
Məlumatın mənbəyini açıqlamayan, sabiq nazir indiyə kimi heç bir vaxt qeyri-ciddi bəyanatlar vermədiyini və heç zaman qeyri-ciddi mövzularda danışmadığını xatırladıb.
Qeyd edək ki, Batiaşvili hazırkı prezident Saakaşvilinin ən qatı əleyhdarlarından hesab olunur. Batiaşvili Tiflisdə 2011-ci ilin 26 may hadisələrinin birbaşa iştirakçısı kimi tanınır. Həmin vaxt ölkə müxalifəti müstəqillik günündə prezidentin parad keçirməsinə mane olmağa çalışmış və iğtişaşlar nəticəsində 2 polis əməkdaşı həlak olmuşdu.


Teqlər:  





Xəbər lenti