Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
  13 Aprel 2014    Oxunub:1110
Sumqayıt şəhərinin K.Axundov küçəsində Saray qəsəbə sakini Məmmədəli Əliyevin idarə etdiyi “VAZ-2107” və şəhər sakini Pərviz Salamovun idarə etdiyi “ZİL” markalı avtomobillər toqquşmuşdur. İdarəetmə itdiyindən “VAZ-2107” yol kənarındakı beton səddə çırpılıb.

Nəticədə M.Əliyevin avtomobilində olan sərnişinlərdən Saray qəsəbə sakini Faiq Muxtarov hadisə yerində ölmüş, özü və digər sərnişin Rüfət Novruzov xəstəxanaya yerləşdirilib.

Gədəbəydə rayon sakini Eldar Abdullayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil aşmışdır. Sürücü hadisə yerində ölüb.
Yasamal rayonunun ərazisində isə naməlum avtomobillə Bakı şəhər sakini Nərgiz Məmmədova vurulmuşdur. N.Məmmədovaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a bildiriblər ki, hadisələrlə bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.


Teqlər:





Xəbər lenti