"İrəvan Rusiya-Qərb müharibəsinə qoşula bilər" - Surenyanç

  "İrəvan Rusiya-Qərb müharibəsinə qoşula bilər" -    Surenyanç
  27 Yanvar 2022    Oxunub:851
Rusiya ilə Qərb ölkələri arasında yaranmış gərginlik pik həddə çatıb. Ermənistanda NATO və ABŞ-ın Rusiya ilə müharibə həddinə qədər gəlib çatması daha çox narahatlıq doğurub. AzVision.az xəbər verir ki, bunu yerli siyasətçilər, politoloqların şərhlərindən də müşahidə etmək olar.
Məsələn erməni politoloq Suren Surenyanç mətbuata prosesləri şərh edərkən deyib ki, əslində Kremlin üzləşəcəyi müharibə İrəvana da birbaşa təsir edəcək.

"ABŞ təhlükəsizlik tələbinə cavab verib" - Rusiya XİN təsdiqlədi
- Biz İkinci Dünya Müharibəsindən sonra belə böhran görməmişik. ABŞ və NATO Rusiyanın təhlükəsizlik zəmanətlərinə rəsmi cavab verib. Qlobal təhlükəsizlik baxımından Moskva ilə Qərb yumşaq şəkildə desək, kardinal fərqlənirlər.

Dünya qlobal çağırışla üz-üzədir. Lakin biz İkinci Dünya Müharibəsindən sonra beynəlxalq münasibətlərdə belə bir böhran görməmişik. Tərəflərin eskalasiyası və ritorikası hərbi münaqişəni yaxınlaşdırır. Bütün bunlara baxmayaraq böhranın həlli üçün diplomatik resurs hələ də qalır,-erməni siyasətçi deyib.

Surentyanç Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) amilinə də diqqət çəkib.

- Bütün bu gərginlik kontekstində Ermənistan üçün də yeni çağırışlar yaranır. Çünki İrəvan KTMT-nin üzvü kimi xarici siyasət zəncirinin son resurslarını məhv edərək, münaqişə tərəfinə çevrilə bilər. Ermənistan yeni regional gərginliyin nəticələrini öz üzərində daşıya bilər. Böhranın yeganə mərkəzi Ukrayna deyil və müharibə alovu qaçılmazdır. Bu alov qaçılmaz şəkildə bölgəmizə də çatacaq.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Ermənistan   KTMT   Rusiya  







Xəbər lenti