164 milyon yaşı olan daşlaşmış qönçə tapılıb

         164 milyon    yaşı olan daşlaşmış qönçə tapılıb
  22 Yanvar 2022    Oxunub:2178
Çində tədqiqatçılar 164 milyon yaşı olan bitki qalığı tapıblar. Bu, çiçək qönçəsinin ən erkən nümunəsi sayılır.
AzVision.az xəbər verir ki, bu barədə "Hi-Tech" məlumat yayıb. Yeni tapıntı elm adamlarının çiçəkli bitkilərin mənşəyi ilə bağlı anlayışını dəyişdirib. Qeyd edilir ki, görünür, onlar Yura dövründə, 145-201 milyon il əvvəl meydana çıxıblar.
Çinin Daxili Monqolustan bölgəsində tapılan bu daşlaşmış nadir bitkinin uzunluğu 4,2, eni isə 2 santimetr olub. Bu çiçək tumurcuğunun gövdəsi, yarpaqlı budağı, soğanlı meyvəsi təxminən 3 mm olub. Tədqiqatçılar yeni növə "Florigerminis jurassica" adını veriblər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Bitki  





Xəbər lenti