Sabah nəhəng asteroid Yerin yanından keçəcək

   Sabah nəhəng asteroid Yerin yanından keçəcək
  17 Yanvar 2022    Oxunub:1596
Yanvarın 18-də diametri təxminən 1,1 km. olan 7482 (1994 PC1) asteroidi planetimizin yanından keçəcək. NASA-nın məlumatına görə, asteroidin Yerə yaxınlaşacağı ən yaxın məsafə təxminən 2 milyon kilometr olacaq. O, saatda təxminən 70 min kilometr sürətlə hərəkət edəcək.
Maksimum yaxınlaşma zamanı asteroidin Yerdən Aya olan məsafədən bir neçə dəfə böyük məsafədə olacağına və real toqquşma təhlükəsinin olmamasına baxmayaraq, NASA mütəxəssisləri belə kosmik obyektləri “potensial təhlükəli” hesab edirlər.

Xatırladaq ki, Asteroid 7482 (1994 PC1) 1994-cü ildə şotland astronom Robert McNaught tərəfindən kəşf edilib.

AzVision.az



Teqlər: Asteroid  





Xəbər lenti