7 yaşlı rus bloger "Forbes"in milyonçular siyahısına düşdü

7 yaşlı rus bloger "Forbes"in milyonçular siyahısına düşdü
  15 Yanvar 2022    Oxunub:1161
Məşhur "Forbes" jurnalı rusiyalı 7 yaşlı uşaq Nastya Radzinskayanı dünyanın ən çox gəliri olan "YouTube" bloggerləri siyahısına daxil edib.
AzVision.az xəbər verir ki, Nastya son bir ildə "Like Nastya" hesabından 28 milyon dollar qazanıb.

Reytinqdə ilk pillədə Cimmi Donaldsondur ki, keçən il 54 milyon dollar qazanıb. Ceyk Pol isə 45 milyon dollarla ikinci. Üçüncü isə 38 milyon dollarla blogger Markiplier qərarlaşıb. Nastya altıncı sırada olub.

Qeyd edək ki, serebral iflic diaqnozu qoyulmuş Nastya Rusiyanın Krasnodar diyarındandır. Onun "YouTube" videoları bir neçə dildə yayımlanır. 7 yaşlı uşaq videolarında öz həyatını-valideynləri ilə keçirdiyi vaxtı, park gəzintisi və s. nümayiş etdirir.

Nastya sosial şəbəkələrdə populyar olduqdan sonra valideynləri ilə birgə ABŞ-ın Florida ştatına köçüb.

Tural Tağıyev
AzVision.az

Teqlər: Bloger   Frobes  







Xəbər lenti