II Elizabetin taxtda olmasının 70 illiyi qeyd olunacaq

II Elizabetin taxtda olmasının 70 illiyi qeyd olunacaq
  10 Yanvar 2022    Oxunub:1310
Bukingem sarayı Böyük Britaniya Kraliçası II Elizabetin taxtda olmasının 70 illiyi ilə bağlı keçiriləcək tədbirlər planını açıqlayıb.
AzVision.az xəbər verir ki, təqdim olunan siyahıdan belə görünür ki, mərasimlər yanvarın 10-da kulinariya müsabiqəsinin açılışı ilə başlayacaq: arzu edən hər kəs 95 yaşlı monarxın hakimiyyəti dövrünə həsr olunmuş xüsusi yemək bişirmək imkanı əldə edəcək. Qeyd olunur ki, ən maraqlı reseptləri yazıçı və teleaparıcı Meri Berrinin sədrlik etdiyi münsiflər heyəti seçəcək.

Bayram tədbirləri çərçivəsində Londonun mərkəzində Kral Silahlı Qüvvələrinin müxtəlif bölmələrindən 1400 əsgər, 200 at və 400 musiqiçinin iştirak edəcəyi parad keçiriləcək. İyunun 3-də Böyük Britaniyanın paytaxtının Müqəddəs Paul kilsəsində xüsusi bayram mərasimi, ertəsi gün isə Bukingem sarayında dünyanın müxtəlif ölkələrindən şou-biznes ulduzlarının iştirak edəcəyi konsert təşkil olunacaq.

İyul ayında Edinburqdakı Bukingem sarayı, Vindzor qəsri və Holirud sarayının fasadlarında Kraliçanın taxta çıxması, onun tacqoyma mərasimi və hakimiyyət illərinə həsr olunmuş işıq şouları keçiriləcək. Hazırda II Yelizavetanın özünün bütün bayram tədbirlərində iştirak edib-etməyəcəyi məlum deyil. Qeyd edək ki, kraliça II Elizabet 1952-ci il fevralın 6-da 25 yaşında hakimiyyətə gəlib.II Elizabet həm də hazırkı dövlət liderlərinin ən yaşlısıdır.

AzVision.az


Teqlər: Britaniya   Kraliça  





Xəbər lenti