Mask bir günə 34 milyard dollar qazandı

Mask bir günə    34 milyard dollar    qazandı
  04 Yanvar 2022    Oxunub:1989
"Tesla"nın baş direktoru İlon Maskın sərvəti 24 saat ərzində 33,8 milyard dollar artıb. AzVision.az xəbər verir ki, bu barədə “Markets Insider” məlumat yayıb.
Buna səbəb şirkətin ötən il elektrokarların tədarükü istiqamətində rekord göstərici göstərməsi ilə bağlı yayılan xəbərlər olub.

Maskın sərvəti yenidən 300 milyard dolları keçib
Bildirilir ki, "Tesla"nın rekord tədarükləri xəbərindən sonra onun səhmləri bazar dəyərini 144 milyard dollar artıraraq 13,5% bahalaşıb.

Xatırladaq ki, "Tesla" 2021-ci ildə müştərilərə 936 172 elektrik avtomobili təhvil verib ki, bu da onun üçün rekord göstərici sayılır.

Qeyd edək ki, Maskın ümumi sərvəti 304 milyard dollar qiymətləndirilir. "Amazon"un qurucusu Ceff Bezosun isə cəmi 196 milyard dolları var və o dünyanın ən varlı adamları siyahısında ikinci yerdədir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İlon-Mask   Səhm   Tesla  





Xəbər lenti