Satılmayan 2,5 min şam ağacını zibilliyə atdılar- FOTOLAR

Satılmayan 2,5 min  şam ağacını zibilliyə atdılar- FOTOLAR
  04 Yanvar 2022    Oxunub:2417
Ukraynada xeyli sayda satılmamış şam ağacı zibil kimi yollara atılıb. Dekabrın 31-də Odessanın Suvorovski rayonunda olan ticarətçilər sata bilmədikləri minlərlə ağacın üzərinə dizel yanacağı töküblər.
Bayramdan sonra isə onları zibilxanaya atmaq lazım gəlib. AzVision.az xəbər verirki, bu barədə Odessa Şəhər Şurasının Suvorov vilayəti administrasiyası "Facebook"da məlumat yayıb.

-“Suvorovskiy" şirkətinin əməkdaşları Boçarov, Vısotski, Zabolotnı, Marselskaya, Semyon Paliya küçələrindən Yeni il ərəfəsində atılıb qalmış 2,5 mindən çox ağacı yığışdırıblar. Bütün ağaclar zibilliyə aparılıb və onlar heyvanlar üçün də istifadə oluna bilməz. Satıcılar ağacları atmazdan əvvəl üzərinə dizel töküblər. Bu cür hərəkətləri izah etmək çətindir. Lakin açıq-aydın görünür ki, onların məqsədi ağacın kiməsə qismət olmamasıdır,- yerli media yazıb.









Tural Tağıyev
AzVision.az



Teqlər: Şam-Ağacı   Ukrayna  





Xəbər lenti