"Həftədə 2 saat gəzmək ömrü 8 il uzadır"- Bokeria

"Həftədə 2 saat gəzmək ömrü 8 il uzadır"-   Bokeria
  04 Yanvar 2022    Oxunub:2559
Həftədə iki saat piyada gəzən insan oturaq həyat tərzi keçirəndən 6-8 il daha çox yaşayır. AzVision.az xəbər verir ki, bunu məşhur ürək cərrahı, Rusiyanın "Bakulev" adına Milli Tibbi Tədqiqat Ürək-Damar Cərrahiyyə Mərkəzinin rəhbəri, akademik Leo Bokeriya deyib.
O qeyd edib ki, gəzinti insan orqanizminə inanılmaz dərəcədə faydalıdır.

- Bir misal deyim. Bu çox ibrətamizdir. Amerikalılar on milyonlarla insan üzərində araşdırma aparıblar. Məlum olub ki, həftədə 2 saat gəzintiyə çıxan adam oturaq həyata üstünlük verənlərdən 6-8 il daha çox yaşayır. Ona görə də də gəzinti burada məşhurdur, heç bir əlavə xərc də tələb etmir. Hətta əgər siz bir otaqlı mənzildə yaşasanız belə, orada gəzin, ayaqlarınızı hərəkət etdirin və onsuz da bu fiziki fəaliyyət sayılır,-dünyaca məşhur cərrah deyib.

Bokeria qeyd edib ki, insanların pandemiya səbəbindən tez-tez rastlaşdıqları özünütəcrid onların sağlam həyat tərzi keçirməsinə heç bir şəkildə mane ola bilməz. Sağlam həyat tərzi düzgün bəslənmə, ilk növbədə alkoqoldan və fiziki yüklənmədən qaçmaq deməkdir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Cərrah   Gəzinti  





Xəbər lenti