İsraildə göldən 5 min ölü quş tapıldı

İsraildə göldən 5 min ölü quş tapıldı
  27 Dekabr 2021    Oxunub:2150
İsrailin Hula gölündə minlərlə köçəri quş tələf olub. AzVision.az xəbər verir ki, bu barədə "Times of Israel" məlumat yayıb.
Bildirilir ki, bu arzuolunmaz hadisəyə səbəb quş qripi epidemiyası olub.

- Bazar günü İsrailin şimalındakı Hula gölündə yarım milyona yaxın ev toyuq və hinduşkanın ölümünə səbəb olan quş qripi epidemiyası fonunda təxminən beş min ölü durna da tapıldı, - nəşr yazıb.

Qeyd edək ki, Hula gölü şimal ölkələrindən gələn on minlərlə köçəri quş üçün istirahət və qışlama yeri kimi tanınır.

Tural Tağıyev

AzVision.az



Teqlər:





Xəbər lenti