Mask "Tesla"nın səhmlərini 15 milyard dollara satıb

Mask "Tesla"nın səhmlərini  15 milyard dollara  satıb
  23 Dekabr 2021    Oxunub:3350
Dünyanın nəhəng kompaniyalarından olan "Tesla"nın qurucusu İlon Mask noyabrın əvvəlindən şirkətdəki səhmlərini 15 milyard dollara satıb.
AzVision.azxəbər verir ki, bu barədə xarici media birja sənədlərinə əsasən məlumat yayıb. Bildirilir ki, Mask dekabrın 22-də şirkətin 934 mindən çox səhmini 1,2 milyard dollara satıb.

İlon Mask bu il üçün milyardlarla dollar vergi ödəyəcək
"RİA Novosti"nin mübadilə sənədləri əsasında apardığı hesablamalara görə, "Tesla"nın səhmlərinin satışı elan edildiyi gündən onun ümumi məbləği 15,1 milyard dollar təşkil edib. Mask isə səhmləri noyabrın 11-də satmağa başlayıb. Həmin vaxt o öz səhmlərinin 4,5 milyonunu cəmi 5 milyard dollara satıb.

-Dekabrın 22-nə olan məlumata və bizim hesablamalarımıza əsasən səhmlərin satışından əldə edilən ümumi məbləğ 13,9 milyard dollar təşkil edib. Mask keçən ay "Tvit" atmışdı ki, son vaxtlar bəziləri vergidən yayınma vasitəsi kimi reallaşdırılmamış mənfəət haqqında danışır. Buna görə də o, "Tesla" səhmlərinin 10%-ni satmağı təklif edib və bəyan edib ki, o, internet istifadəçiləri arasında keçirilən sorğunun nəticələrinə əsasən qərar verəcək. Səsvermə iştirakçılarının yarıdan çoxu (57,9%) səhmlərin satışını dəstəkləyib,-məqalədə yazılıb.

Qeyd edək ki, Amerika şirkəti "Tesla Motors" 2003-cü ildə elektrik avtomobilləri və əlaqəli texnologiyaların yaradıcısı, istehsalçısı kimi təsis edilib. Şirkət elektrikli nəqliyyat vasitələri ilə yanaşı, öz texnologiyasından istifadə edərək akkumulyatorlar və elektrik mühərrikləri də istehsal edərək onları Toyota və Daimler kimi digər avtomobil şirkətlərinə satır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Səhm   Tesla   Mask  





Xəbər lenti