Xəbərdarlıq: Smartfon ana-uşaq ünsiyyətini dörd dəfə azaldır

      Xəbərdarlıq:    Smartfon ana-uşaq ünsiyyətini dörd dəfə azaldır
  20 Dekabr 2021    Oxunub:2532
Analar smartfonlarından istifadə edərkən uşaqları ilə dörd dəfə az danışırlar.
AzVision.az xəbər verir ki, bununla bağlı məqalə Child Development jurnalında dərc olunub.Tədqiqatda hamısı orta təbəqədən olan 24-36 aylıq uşaqları olan 33 israilli ana iştirak edib. Təcrübə zamanı qadınlar uşaqları izləyib və təcrübənin şərtlərindən asılı olaraq eyni vaxtda smartfondan istifadə edib, jurnal oxuyub və ya sadəcə olaraq uşağın yanında qalıblar.

Anaların özlərini daha təbii aparması üçün eksperimentin əsl məqsədini bilməyiblər. Təl-Əviv Universitetindən Keti Borodkin deyir ki, nəticə göz qabağında idi: “Analar smartfonlarından istifadə edərkən uşaqları ilə dörd dəfə az danışırdılar”.

Tədqiqatçıların fikrincə, qadınlar nəinki uşaqları ilə daha az danışırlar, hətta onlara az diqqət edirdilər. Jurnalları oxumaq da eyni effekti verir, lakin müəlliflərin fikrincə, müasir dünyada smartfonlar daha tez-tez və daha uzun müddət istifadə olunur.

Alimlərin fikrincə, ana və uşaq arasında ünsiyyətin bu cür sistematik pozulması potensial olaraq uzunmüddətli təsiri ilə inkişafa mənfi təsir göstərə bilər.

AzVision.az




Teqlər: Ana   Uşaq  





Xəbər lenti