Qış qayıdır: qar yağacaq
Havanın temperaturunun gecə 2-5, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava şəraitinin yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 2-7, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.
AzVision.az