Körpəyə səhvən koronavirus vaksini vurdular

Körpəyə səhvən koronavirus vaksini vurdular
  18 Dekabr 2021    Oxunub:1102
Cənubi Koreyada vaksinasiya ilə bağlı arzuolunmaz hadisə yaşanıb. AzVision.az xəbər verir ki, "Yonghap" xəbər agentliyi körpə uşağa səhvən koronavirus əleyhinə vaksin vurulduğunu yazıb.
Seonqnam şəhər rəhbərliyi faktı təsdiq edib və bildirilir ki, 7 aylıq körpə tibb işçilərinin məsuliyyətsizliyi ucbatından qrip əvəzinə COVID-19 əleyhinə peyvəndlənib.

-Körpə səhvən böyüklər üçün nəzərdə tutulan "Moderna" koronavirus peyvəndi ilə vaksin olunub. Halbuki bu iynə uşağın anası üçün nəzərdə tutulmuşdu. Belə kobud yanlışlıqdan sonra o beş günlük xəstəxanaya yerləşdirilib. Lakin vaksinin heç bir əks təsiri olmayıb. Eyni zamanda, valideynlər pediatrı yalnış vurulmuş iynəyə görə kompensasiya tələbi ilə məhkəməyə verib,-məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti