"WhatsApp" yazışmalarla bağlı daha bir yenilik etdi

 "WhatsApp"  yazışmalarla bağlı daha bir yenilik etdi
  14 Dekabr 2021    Oxunub:1484
Dünayaca məşhur sosial şəbəkələrdən olan "WhatsApp" daha bir yenilik edib.
AzVision.az xəbər verir ki, "WhatsApp" istifadəçiləri artıq səsli mesaj göndərməzdən əvvəl səsi dinləyə biləcəklər. Bununla bağlı şirkətin Twitter hesabında yazılıb:

“İndi "Göndər" düyməsini vurmazdan əvvəl səsli mesajınızı əvvəlcədən dinləyə bilərsiniz.
"WhatsApp" "Meta" şirkətinə məxsus proqramdır və mesajlar, zənglər, fotoşəkillər, videolar, sənədlər və səsli mesajlar göndərməyə və qəbul etməyə imkan verir.

AzVision.az



Teqlər: Mesaj   Sosial-Şəbəkə  





Xəbər lenti