“Atlas V” Pentaqon və NASA-nın sputniklərini kosmosa çıxarıb

 “Atlas V” Pentaqon və NASA-nın sputniklərini kosmosa çıxarıb
  07 Dekabr 2021    Oxunub:1421
Amerikanın “United Launch Alliance” şirkəti “Atlas V” raket-daşıyıcısı ilə ABŞ Kosmik Qüvvələri və NASA-nın peyklərini orbitə çıxarıb.
AzVision.az xəbər verir ki, bu barədə “Space” məlumat yayıb.

Raketin buraxılışı dekabrın 7-də, ABŞ-ın Florida ştatındakı kosmodromdan həyata keçirilib.

Qeyd olunur ki, raketin trayektoriyası üzrə güclü küləyin əsməsi nəticəsində buraxılışda bir saat gecikmə yaranıb. Məlum kosmik uçuş texniki nasazlıqlara görə son iki gündə iki dəfə təxirə salınmışdı.

AzVision.az



Teqlər:





Xəbər lenti