Rusiyada hərbçilər üçün xüsusi smartfonlar hazırlanıb

Rusiyada hərbçilər üçün xüsusi smartfonlar hazırlanıb
  02 Dekabr 2021    Oxunub:1756
Rusiyada hərbçilər və xüsusi xidmət orqanlarının əməkdaşları üçün xüsusi hərbi-səhra smartfonu hazırlanıb. Bu yeni və təhlükəsiz qadcetlərin bir partiyası ilin sonuna qədər buraxılacaq.
AzVision.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb. Qeyd edilir ki, hərbçilər üçün nəzərdə tutulan smartfonu "Aquarius Group" və "Kaspersky Laboratoriyası" yaradıb.

- Tərtibatçılar onu cib kompüteri adlandırırlar. Smartfondakı əməliyyat sistemi "KasperskyOS"a məxsusdur. Bu yeni qurğu şirkətə 1 milyard rubla başa gəlib. Smartfonun fərqli xüsusiyyəti onun artan təhlükəsizliyidir. Bu, xüsusi proqram təminatı ilə idarə olunan IP bağlantılarından istifadə etməklə əldə edilir. Şirkət ümid edir ki, belə bir qadcetə tələbat aratacaq. Çünki xüsusi xidmət orqanları əməkdaşlarının şəxsi smartfon və ya kompüterlərindən istifadə etməsi tez-tez qalmaqallı hadisələrə çevrilib, rəsmi yazışmalar internetdə dərc edilib,-məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Smartfon   Rusiya  





Xəbər lenti