Zəncirvari qəza: 3nəfər öldü

Zəncirvari qəza: 3nəfər öldü
  01 Aprel 2013    Oxunub:1257
ABŞ-da zəncirvari qəza azı 3 nəfərin həyatına son qoyub.
Virciniya ştatında baş verən qəzada daha 15 nəfər yaralanıb. Onların bəzilərinin vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir. Azı 100 avtomobilin toqquşduğu yol nəqliyyat hadisəsinə dumanlı hava səbəb olub.

Çətin hava şəraiti xilasetmə dəstələrinin də işini çətinləşdirib. Hadisə nəticəsində yolda nəqliyyatın hərəkəti tamamilə dayanıb, bu da uzunluğu bir neçə kilometrə çatan tıxaca səbəb olub.


Teqlər:





Xəbər lenti