Ermənilərin gülləbaran etdiyi kənddən REPORTAJ

Ermənilərin gülləbaran etdiyi kənddən REPORTAJ
  28 Mart 2014    Oxunub:1126
Səhərədək yuxusu ərşə çəkilən Tovuzun Əlibəyli kənd sakinləri deyir ki, gecə saat 23 radələrində milli ordumuzun mövqeləri ilə düşmən postlarını ayıran neytral ərazidə iki ədəd mina partlayıb. Bundan sonra Ermənistan silahlı qüvvələrinin əsgərləri atəşkəsi pozublar. Gecə saat 1 radələrində atışma daha da güclənib. Evinin dam hissəsinə dəyən güllələrdən təlaşa düşən kənd sakini Elman Tağıyev evin yanmasından ehtiyatlanaraq bayıra çıxıb. Elə bu zaman düşmən gülləsinə tuş gəlib. Güllə Elman Tağıyevin sağ ayağının bud nahiyyəsindən dəyərək onu ağır yaralayıb. Davamlı atışma zamanı evlərlə yanaşı kənd sakinlərinə məxsus avtomobillərə də ziyan dəyib. İntensiv atışma zamanı qarşı tərəf ordumuzun cavab atəşi ilə səhər saatlarında susdurulub. Artıq 24 ildir ki,silah səslərinə vərdiş etmiş və bu kimi oxşar vəziyyətlə qarşılaşan Əlibəylilər üçün isə həyat öz axarı ilə davam edir.

AzVision.az Türkel TV-nin Əlibəylidən hazırladığı reportajı təqdim edir:





Teqlər:





Xəbər lenti