Xəzər Rayon İcra Hakimiyyəti yanında Gənclərin Məşvərət şurasının ilk iclası keçirilib

Xəzər Rayon İcra Hakimiyyəti yanında Gənclərin Məşvərət şurasının ilk iclası keçirilib
  26 Oktyabr 2021    Oxunub:1577
UNICEF Azərbaycanın texniki dəstəyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Xəzər Rayon İcra Hakimiyyəti, Xəzər Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə "5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması" layihəsi həyata keçirilir.
AzVision.az xəbər verir ki, bununla bağlı Xəzər Rayon İcra Hakimiyyəti yanında Gənclərin Məşvərət şurasının ilk iclası keçirilib. İclasda çıxış edən Xəzər Rayon Gənclər İdman İdarəsinin rəisi Vüqar Əliyev gələn qonaqları və Məşvərət Şurasının yeni seçilmiş üzvlərini salamlayaraq lahiyə haqqında öz fikirlərini bölüşüb. Tədbirdə natiqlər çıxış edərək layihənin əhəmiyyəti barədə söz açıblar. Xəzər Rayon İcra Hakimiyyətinin humanitar məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Ofelya Məmmədzadə, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının baş katibi Ramin Həbibzadə diskussiyalara qoşularaq təkliflərini irəli sürüblər.

Tədbirdə lahiyə haqqında geniş məlumat verilib və natiqlər şura fəaliyyəti dövründə gənclərə uğurlar arzu ediblər. Xəzər rayon intellektual gənclər və Vətənpərvərlik klubunun sədri Ümüd Həsənli ilə Xəzər rayonunun fəal gəncləri Nəzrin Abdullayeva, Hacızadə Ağaməmməd də öz çıxışlarında bir sıra maraqlı fikirlər irəli sürüblər.













AzVision.az



Teqlər: Layihə  





Xəbər lenti