İtkin düşən çoban sovet konservlərinin hesabına sağ qalıb

İtkin düşən çoban sovet konservlərinin hesabına sağ qalıb
  23 Oktyabr 2021    Oxunub:2593
2021-ci ilin avqust ayında itkin düşən yakutiyalı maral yetişdirən Yeqor K. sağ tapılıb. AzVision.az xəbər verir ki, onun həyatda qalmasına səbəb sovet dövründən qalmış konservlərlə dolu konteyneri aşkarlamsı olub.
Rusiyanın ucqar bölgəsindən olan yakutiyalı tapılana qədər qidasını köhnə konservlərlə təmin edib. "Saxaday"a müsahibə verən Yeqorun yaxınları deyiblər ki, 46 yaşlı kişi həmkarları tərəfindən aşkarlanıb.

- O indi Harasala sürüsündədir. Ayağı zədələnib, amma ən əsası salamatdır. Çobanların sözlərinə görə qida anbarına gedib çıxıb və buna görə də aclıq onu məhv etməyib. Anbar isə sovet dövrünə aid ərzaqlarla yüklənmiş bir konteynerdir. Həmin saxlama müddəti keçmiş konservlər sayəsində Yeqor hazırda həyatdadır,-müsahibədə deyilir.

Maraqlıdır ki, yerli əhalinin inandığı ekstrasens daha əvvəl Eqorun yerinin dəqiq koordinatlarını deyibmiş. Lakin onu axtaran helikopterdə olanlar inadla bu məlumatlara etibar etməyərək həmin istiqamətə getməyiblərmiş. Məlum olub ki, maral yetişdiricisi məhz həmin "şaman"ın göstərdiyi yerdə olub.

Tural Tağıyev
AzVision.az



Teqlər: Konserv   Yakutiya   İtkin  





Xəbər lenti