177 kilometr uça bilən elektrotəyyarə

177 kilometr uça bilən elektrotəyyarə
  21 Oktyabr 2021    Oxunub:2498
İsrailin “AİR” startapı elektriklə çalışan şaquli uçuş və enmə (eVTOL) edə bilən ilk təyyarəsini təqdim edib. AzVision.az xəbər verir ki, bu barədə “Vesty.co.il” məlumat yayıb.
Şaquli qalxma və enmə üçün nəzərdə tutulmuş bu iki yerlik nəqliyyat vasitəsi “AİR” rəqiblərinin hazırladığı eyni sinifdən olan digər təyyarələrlə müqayisədə daha yüksək sürətə çatmağa və daha çox məsafəyə uçmağa imkan verən xüsusi qanad həndəsəsinə malikdir.

Elektrotəyyarənin uçuş məsafəsi 177 km-dir. Təyyarə, “Tesla Model 3”-ün baza modelindən bir qədər çox- 60 kVt-lıq lityum batareya ilə təchiz edilib. O 160 km/saat ( maksimum sürət 250 km/saat) surətdə hərəkət edə bilir. “Boeing”, “Airbus” və bir neçə startap istehsalçılarının təqdim etdiyi oxşar təyyarələrdən fərqli olaraq, “AİR” öz məhsullarını şəxsi təyyarə kimi təqdim edir və nisbətən aşağı pərakəndə satış qiyməti vəd edir.

Dəqiq rəqəmlər açıqlanmasa da, müxtəlif hesablamalara görə, bu şəxsi mini-təyyarələr alıcıya təxminən 200 min dollara başa gələcək. Bir saatlıq uçuş isə heç 50 dollara başa gəlmir. Şirkət ABŞ, Avropa və Asiya fabriklərində ildə 10 000 yeni cihaz istehsal etməyi planlaşdırır.

AzVision.az




Teqlər: İsrail   Təyyarə  





Xəbər lenti