Beyləqanda ərzaq anbarı yanıb

  25 Mart 2014    Oxunub : 468
Beyləqanda ərzaq anbarı yanıb
Beyləqanda yanğın hadisəsi qeydə alınıb. Azvision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Beyləqan şəhərində ümumi sahəsi 264 kv.m olan ərzaq anbarında baş verib.
Nəticədə, anbarın dam örtüyünün yanar konstruksiyaları 70 kv.m sahədə yanıb. Anbarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Teqlər: