Qəbələdə maşın ağaca çırpıldı

Qəbələdə maşın ağaca çırpıldı
  25 Mart 2014    Oxunub:959
Qəbələ rayonu ərazisində iki nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

AzVision.az anspress-ə istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 60-cı kilometrliyində, Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində qeydə alınıb. Bakı şəhər sakini 1977-ci il təvəllüdlü Asif Məhərrəm oğlu Əhmədovun idarə etdiyi 90-EE-118 dövlət nömrə nişanlı "Hyundai Tucson" markalı minik maşını yoldan çıxaraq ağaca çırpılıb. Hadisə nəticəsində sürücü A.Əhmədov və həyat yoldaşı, 1988-ci il təvəllüdlü Sevda Zəfər qızı Əhmədova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qəbələ rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.


Teqlər:





Xəbər lenti