Böyük Britaniyanın Şeffild şəhərində Novruz bayramı

Böyük Britaniyanın Şeffild şəhərində Novruz bayramı
  25 Mart 2014    Oxunub:936
Böyük Britaniyanın Şeffild şəhərində Novruz bayramı münasibətilə tədbir keçirilib.
Böyük Britaniyanın Şeffild Universitetində fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin təşkilatçılığı və ölkəmizin Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə Novruz bayramı münasibətilə tədbir keçirilib.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, tədbirdə universitetin müəllimləri, müxtəlif ölkələrdən tələbələr iştirak ediblər.

Tələbələrin ifa etdikləri Azərbaycan xalq mahnıları və milli rəqslərimiz qonaqlar tərəfindən böyük maraqla qarşılandı.

Bayram tədbirində qonaqlar Novruzun adət-ənənələri ilə yaxından tanış olmuşlar. Onlara məlumat verildi ki, Novruz yazın gəlişinin rəmzi olan qədim xalq bayramıdır, mənası “Yeni gün” deməkdir. Qədim zamanlardan başlayaraq azərbaycanlılarla yanaşı, başqa Şərq xalqları da baharın gəlişini şənliklərlə qarşılayırlar. Diqqətə çatdırıldı ki, Novruz bayramı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. BMT isə martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib.

Tədbirdə qonaqlar milli mətbəximizin nümunələri, eləcə də şəkərbura, paxlava, qoğal və digər Novruz təamlarından dadıblar.


Teqlər:





Xəbər lenti