Şimal rayonlarına yağış yağacaq, çaylarda daşqın olacaq

Şimal rayonlarına yağış yağacaq, çaylarda daşqın olacaq
  25 Sentyabr 2021    Oxunub:1070
Sentyabrın 25-dən 26-na keçən gecə saatlarından başlayaraq, Quba-Qusar rayonu və Şimal zonasının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Bu barədə Azvision.az -a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Bəzi yerlərdə leysan xarakterli güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Prosesin gecə saat 02:00 radələrindən başlanması və ən intensiv dövrün səhər saat 07:00-dək davam edəcəyi gözlənilir. Çaylarda sululuğun artacağı, Qusarçay, Qudyalçay, Vəlvələçay, Qaraca, Ağçay, Cağacuqçay, Qaraçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var. Şimal-şərq küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

Azvision.az



Teqlər:





Xəbər lenti