YouTube bağlandı

YouTube bağlandı
  01 Aprel 2013    Oxunub:1382
Google Youtube-u 10 il müddətinə bağlandığını elan edib.
YouTube “videohostinqi” bu gündən etibarən 2023-cü ilə qədər bağlandığını elan edib. Bu barədə YouTube-nin rəsmi kanalında elan verilib.

“Aprelin 2-də gecə yarısı YouTube portalı fəaliyyətini dayandıracaq. Bu, indiyədək yerləşdirilmiş ən yaxşı videonun müəllifini müəyyənləşdirməsi üçündür” – deyə şirkətdən bildirilib.

Qeyd olunub ki, qalibə 500 min dollar mükafat və “mp3 player” veriləcək.

Əslində isə Google şirkəti istifadəçiləri ilə zarafat edib və onlara YouTube portalının 2023-cü ilədək bağlanması ilə bağlı xəbərdarlıq ünvanlayıb.

Bununla yanaşı başqa, Googde istifadəçiləri sevdikləri videolara tez bir zamanda baxmağa çağırıb. Çünki, bütün videolar silinəcək.

Sonda məlum olub ki, şirkət istifadəçiləri ilə 1 aprel zarafatı edibmiş.

AzVision.az


Teqlər:  





Xəbər lenti