Rusiyanın iki hərbi gəmisi Bakıya gəlib - FOTO

Rusiyanın iki hərbi gəmisi Bakıya gəlib -    FOTO
  18 Sentyabr 2021    Oxunub:1602
Rusiya Federasiyası Hərbi Dəniz Qüvvələrinin Xəzər Donanmasının “Astraxan” və “Anatoliy Qujvin” hərbi gəmiləri qeyri-rəsmi dostluq səfəri ilə sentyabrın 18-də Bakıya gəliblər.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, səfər çərçivəsində gəmi heyətlərinin Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri komandanlığı tərəfindən qəbulu, eyni zamanda iki ölkənin hərbi donanmaları arasında hərbi əməkdaşlığın müzakirə edilməsi nəzərdə tutulub.

Bundan başqa mədəni və tarixi abidələrlə tanışlıq üçün gəmi heyətlərinin Bakı şəhərində gəzintisi, o cümlədən voleybol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır. Səfər sentyabrın 20-dək davam edəcək.

Azvision.az



Teqlər: Rusiya  





Xəbər lenti