Bakıda həkimlər səfərbər edildi

Bakıda həkimlər səfərbər edildi
  19 Mart 2014    Oxunub:1306
Bu gün səhər saat 09:00-dan etibarən Bakı şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının həkimləri gücləndirilmiş iş rejimində işləyəcək.
Stansiyanın baş həkiminin müavini Zemfira Vahidovanın anspress-ə verdiyi məlumata görə, Novruz bayramı münasibətilə Dənizkənarı Milli Parkda keçiriləcək şənlik və bayram tədbirlərilə əlaqədar stansiyanın briqadaları növbə çəkəcək. Bulvar ərazisində 4 həkim briqadası növbədə duracaq.

“Azneft meydanı, Kukla Teatrı, Qız qalası və Hökumət evinin qarşısında həkimlərimiz növbədə olacaq. Bundan başqa, Suraxanı rayonu ərazisində Atəşgahda həkimlərimiz növbədə olacaq”, - deyə Zemfira Vahidova bildirib.

Onun sözlərinə görə, bayram günlərində iş günü olmadığı üçün paytaxtda təcili yardıma müraciət edənlərin sayı ikiqat artır. Bu səbəbdən də, adi günlərdən fərqli olaraq, bayram günlərində həkimlər daha çox çağırışlara gedirlər.

“Hazırda maşınlarımızın hamısı saz vəziyyətə gətirilib. Bütün təcili yardım stansiyalarında lazımı dərman və tibbi yardım məmulatları var. İnşallah ki, bu bayram günlərini də problemsiz keçirəcəyik. Poliklinikalar işləmədiyi üçün müraciətlərin sayı daha çox artır”, - deyə Zemfira Vahidova bildirib.


Teqlər:  





Xəbər lenti