Kanadada Novruz bayramı qeyd edildi

Kanadada Novruz bayramı qeyd edildi
  18 Mart 2014    Oxunub:1047
Martın 17-də Azərbaycanın Kanadadakı səfirliyinin və Ottavada fəaliyyət göstərən “Qarabağ” adlı Azərbaycan dili məktəbinin birgə təşəbbüsü ilə Novruz bayramı münasibətilə həmin şəhərdə yaşayan Azərbaycan icmasının iştirakı ilə tədbir keçirilib.

AzVision.az xəbər verir ki, səfirlikdən AzərTAc-a bildiriblər ki, tədbirdə “Qarabağ” məktəbinin şagirdləri konsert proqramı ilə çıxış etmişlər. Həmçinin Novruz bayramı üçün xarakterik olan Azərbaycan mətbəxinin inciləri, bayram xonçaları və s. nümayiş etdirilib.

Qeyd edək ki, “Qarabağ” adlı Azərbaycan dili məktəbi 2011-ci il sentyabrın 10-da Kanadanın Ottava şəhərində fəaliyyətə başlayıb. Məktəb Ottavada yaşayan həmvətənlərimiz Nigar Əliyeva və Vüsalə Əhmədovanın təşəbbüsü ilə təsis edilmişdir. Məktəbdə Azərbaycan dilinin tədrisi Vüsalə Əhmədova tərəfindən həyata keçirilir.


Teqlər:





Xəbər lenti