Cəbhə bölgəsində bayram şənliyindən FOTOLAR

Cəbhə bölgəsində bayram şənliyindən FOTOLAR
  18 Mart 2014    Oxunub:1125
Cəbhə bölgəsində yerləşən Tərtər şəhərinin mərkəzi meydanı bayram libasına bürünüb.
Xalqımızın qədim və ən sevimli bayramlarından olan Novruz cəbhə bölgəsində yerləşən Tərtər rayonunda geniş qeyd olunub.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, şəhərin bayramsayağı bəzədilib, mərkəzi meydanında Novruz xonçaları və səmənilər düzülüb, məktəblilərin əl işləri, müxtəlif oyunlar, Novruz adətləri, milli xörəklər, şirniyyatlar, tarix-diyarşünaslıq muzeyinin eksponatları nümayiş etdirilib. Meydanda tonqal yandırıldı, milli geyimdə olan atlıların, gənc idmançıların və kəndirbazın çıxışları maraqla qarşılandı.

Dədə Qorqud və faytonla meydana daxil olan Bahar qızı mərasim iştirakçılarını Novruzun gəlişi münasibətilə təbrik etmiş, onlara bol ruzi və xoş günlər arzulamışlar. Kosanın və Keçəlin məzhəkəli oyunları, rayonun bədii özfəaliyyət kollektivlərinin və respublikanın tanınmış incəsənət ustalarının təqdim etdikləri rəngarəng konsert proqramı tamaşaçılara xoş ovqat bəxş etdi.

Bayram şənliyində çıxış edənlər tərtərliləri baharın gəlişi münasibətilə təbrik etmiş, onlara cansağlığı, xoşbəxtlik və əmin- amanlıq arzulamışlar.

Rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən şəxslərə hədiyyələr və fəxri fərmanlar təqdim edilib.

Qalereya




Teqlər:





Xəbər lenti