Restoran sahibi barəsində cinayət işi başlanılıb

Restoran sahibi barəsində cinayət işi başlanılıb
  24 İyul 2021    Oxunub:1221
Ağcabədidə karantin qaydalarını pozan restoran sahibi barəsində cinayət işi başlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, rayonun Avşar kəndi ərazisində yerləşən “Kral” şadlıq sarayında pandemiya tələblərinin pozulduğu müəyyən edilib.

Yoxlamalar zamanı toy mərasimində qonaqların sayının normadan artıq olduğu aşkarlanıb.

Restorana cavabdeh şəxs olan M.Cəfərov bir neçə dəfə bu cür qayda pozuntusuna yol verdiyindən barəsində Ağcabədi RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb. Faktla bağlı araşdırma aparılır.


Azvision.az


Teqlər: DİN  





Xəbər lenti