Bərdədə saxta araq hazırlayan müəssisə aşkarlanıb

Bərdədə saxta araq hazırlayan müəssisə aşkarlanıb
  22 İyul 2021    Oxunub:1406
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Azvision.az -a verilən məlumata görə, Bərdə rayonunun S. Zöhrabbəyov küçəsi, 152 ünvanında fiziki şəxs Məmmədov Arzu İsax oğluna məxsus “Elit şərab evi” müəssisəsinə baxış keçirilib.

Yoxlama zamanı müəssisədə qanunazidd olaraq saxta üsulla müxtəlif brend markalı (“Banketnaya” nişanlı Yubiley, “Banketnaya” nişanlı Premium və “ Zolotoe Kolço” nişanlı) alkoqollu içkilərin hazırlandığı və satışının həyata keçirildiyi müəyyən olunub.

Reyd zamanı saxta üsullarla hazırlanan 0,7 litrlik, 1 litrlik və 0,5 litrlik şüşə butulkalarda qablaşdırılmış, ümumi çəkisi 40,7 litr olan alkoqollu içkilər müsadirə edilərək götürülüb və satış şəbəkələrinə daxil olmasının qarşısı alınıb.

Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az



Teqlər: araq   AQTA  





Xəbər lenti